Masazırda taksi sürücüsü bir sözə görə müştərinin burnunu qırdı
Hadisə
265
12:28, Bu gün

Masazırda taksi sürücüsü bir sözə görə müştərinin burnunu qırdı

Abşeronda taksi sürücüsü müştərini döyüb.

Moderator.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində “Cantəpə” adlanan ərazidə qeydə alınıb.

Taksi fəaliyyəti ilə məşğul olan 25 yaşlı Maqsud Əzimovun (ad və soyad şərtidir) “Chevrolet Cobalt” markalı avtomobilinə minən müştəri yükü qoymaq üçün ondan qapını açmasını istəyib. Lakin Maqsud qapını açmadığı üçün müştəri ona “tərbiyəsiz” deyib. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Bu mübahisə “Cantəpə” deyilən yerdə, müştəri düşəndən sonra da alovlanıb.

Mübahisə zamanı Maqsud müştərinin sifətinə yumruq vurub. Zərbənin təsirindən zərərçəkənin burnu əzilib. Hadisə ilə əlaqədar Maqsud Əzimov barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb. Məhkəmə istintaqı zamanı tərəflər arasında barışıq əldə olunub və zərərçəkən şikayətçi olmadığını deyib.

Abşeron rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə cinayət işinə xitam verilib və Maqsud Əzimov məsuliyyətdən azad olunub.

 

(Lent.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər