Naxçıvan şəhərində evdə kişi meyiti tapılıb.
Moderator.az xəbər verir ki, 1971-ci il təvəllüdlü İlham Həsən oğlu Paşayevin meyiti şəhərin Babək məhəlləsi, bina 11, mənzil 22 ünvanında tapılıb.
İ.Paşayev evdə tək yaşayırmış və dispanserdə alkoqolik kimi qeydiyyatdadır.
Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.