Bərdədə pendir sexində baş vermiş partlayışla bağlı cinayət işi başlandı
Hadisə
311
13:13, Bu gün

Bərdədə pendir sexində baş vermiş partlayışla bağlı cinayət işi başlandı

Bərdədə pendir sexində baş vermiş partlayış nəticəsində bir nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
 
Bildirilib ki, oktyabrın 5-də saat 12 radələrində Bərdə rayon sakini 1960-cı il təvəllüdlü Teyyub Yusifovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Araşdırmalarla Teyyub Yusifovun mexanik vəzifəsində işlədiyi pendir istehsalı sexinin qazanxanasında baş vermiş partlayış nəticəsində almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma - ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
 
İbtidai istintaq davam etdirilir.
Seçilmiş xəbərlər
RU
Moderator
Xəbər lenti
Top xəbərlər
Gün
Həftə
Ay
Yazarlar
Link kopyalandı!
Son xəbərlər
Son xəbərlər