İpdən yıxılan akrobat öldü
Hadisə
1984
05 Oct 2025 | 18:11

İpdən yıxılan akrobat öldü

Almaniyada çou zamanı faciə yaşanıb.

Moderator.az Daily Mail-ə istinadən xəbər verir ki, ispan aerialist (Akrobat) Marina Barselo sirk tamaşaçılarının gözü qarşısında trapesiyadan yıxılıb. 

Bədbəxt hadisə Saksoniyanın Bautzen şəhərində "Paul Busch" sirkinin çıxışı zamanı baş verib. Gimnast təxminən beş metrdən yıxılıb və ölümcül xəsarətlər alıb. Ona hadisə yerində ilkin tibbi yardım göstərilsə də, həkimlər onu xilas edə bilməyiblər.

İnsidentin görüntüləri sosial mediada geniş müzakirələrə səbəb olub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər