19:34
20°C
Bakı
Sumqayıtda ölümlə nəticələnən hadisə baş verib.
Moderator.az Sumqayit24.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 44 yaşlı Rauf Əliyev idarə etdiyi avtomobilin sükanı arxasında olarkən qəfil halı pisləşib və ürəyi dayanıb.
Nəticədə idarəetməni itirən sürücünün avtomobili qarşıda hərəkətdə olan “Opel” markalı nəqliyyat vasitəsinə çırpılıb. Hadisə zamanı Rauf Əliyev dünyasını dəyişib.
Fakta bağlı araşdırma aparılır.