Avtobusun altında qalıb ölən qadın qardaşı ilə dalaşıb qaçırmış...
Hadisə
989
10:50, Bu gün

Avtobusun altında qalıb ölən qadın qardaşı ilə dalaşıb qaçırmış...

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az Gencexeber.az-a istinadla xəbər verir ki, Gəncə şəhərində yeni istifadəyə verilən "Isuzu Novociti" marşrut avtobuslarından biri 1985-ci il təvəllüdlü Aytən Nəsirovanı vurub. Müxtəlif bədən xəsarətləri alan qadın dərhal tibb müəssisəsinə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, mərhum hadisədən öncə qardaşı ilə mübahisə edib və ev geyimində avtomobil yolunun hərəkət hissəsinə qaçıb.

Sürücü saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Link kopyalandı!
Son xəbərlər