Kür çayında bir nəfər batıb
Hadisə
405
10:20, Bu gün

Kür çayında bir nəfər batıb

Kür çayında bir nəfər batıb.

Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonunun Cavad kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Link kopyalandı!
Son xəbərlər