Bakıda ağır QƏZA: Üç nəfər öldü, yeddi nəfər yaralandı
Hadisə
239
03 Oct 2025 | 23:42

Bakıda ağır QƏZA: Üç nəfər öldü, yeddi nəfər yaralandı

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Bakı-Salyan şosesinin Səbail rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Su İdman Kompleksinin qarşısında üç nəqliyyat vasitəsi toqquşub. İlkin məlumata görə, hadisə zamanı üç nəfər ölüb, 7 nəfər xəsarət alıb.
 
Yaralılar xəstəxanaya çatdırılıb.
Link kopyalandı!
Son xəbərlər