19:37
19°C
Bakı
Bərdə rayonunda avtomobil qəzaya uğrayıb.
Hadisə rayonun Bala Ərəblər kəndi ərazisində baş verib.
Bərdə rayon sakini, 2000-ci il təvəllüdlü Elgün Mustafazadə sürdüyü VAZ-2106 avtomobilində idarəetməni itirib yolun kənarındakı su kanalına aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
(Oxu.az)