Motosiklet və skuter oğurlayanlar saxlanılıblar
Hadisə
299
13:22, Bu gün

Motosiklet və skuter oğurlayanlar saxlanılıblar

Paytaxtın Binəqədi rayon sakini olan bir nəfər polisə müraciət edərək 500 manat dəyərində motosikletinin naməlum şəraitdə oğurlandığını bildirib.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 46 yaşlı Q.Məmmədov müəyyən olunaraq saxlanılıb.
 
Sumqayıt şəhərində isə 800 manat dəyərində skuteri oğurlamaqda şübhəli bilinən 34 yaşlı R.Abdullayev də polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Hər iki faktla bağlı araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər