Avtomobildən sızan maddə faciəyə çevrildi: Göygöl sakininin üzü yandı
Hadisə
1925
02 Oct 2025 | 21:55

Avtomobildən sızan maddə faciəyə çevrildi: Göygöl sakininin üzü yandı

Göygöl rayonunda yanıq hadisəsi qeydə alınıb. Rayonun Balçılı kənd sakini, 1994-cü il təvəllüdlü Eşqin Abbasov üz nahiyəsindən yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
 
Hadisə barədə ilkin məlumata görə, o, avtomobilin mühərrikindən sızan kimyəvi maddə nəticəsində xəsarət alıb. E. Abbasova ilkin tibbi yardım göstərilib, lakin vəziyyətinin ağır olduğu bildirilir.
 
Onun yaxın saatlarda Bakı şəhərinə təxliyə olunacağı gözlənilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər