Sumqayıtda avtobus qəzaya düşdü - Xəsarət alanlar var
Hadisə
225
08:52, Bu gün

Sumqayıtda avtobus qəzaya düşdü - Xəsarət alanlar var

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.
 
Belə ki, Sumqayıt şəhər sakini, 1965-ci il təvəllüdlü Arzu Şubay oğlu Abışovun idarə etdiyi "Hyundai" markalı avtobusla 1962-ci il təvəllüdlü İradə Əlihüseyn qızı Hüseynovanın idarə etdiyi KIA markalı minik avtomobili toqquşub.
 
Qəza nəticəsində hər iki sürücü, eləcə də avtobusun sərnişini, Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü Tural Arif oğlu Məmmədov xəsarət alıblar.
 
Faktla bağlı araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər