Hərbi texnika daşıyan yük maşını yandı
Hadisə
476
21:30, Bu gün

Hərbi texnika daşıyan yük maşını yandı

Goranboy rayonunda qəzaya düşən yük maşını yanıb.

Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qoşqulu yük maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir işıq dirəyinə çırpılıb. Qəza nəticəsində yük maşınında yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib, yanğın söndürülüb.

Məlumata görə, yük maşınının yük yerində hərbi texnika olub.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər