Bizi sosial şəbəkələrdən izləyin:
Gəncə şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb.
Moderator.az xəbər verir ki, qəza şəhərin "aeroport yolu" adlanan ərazisində qeydə alınıb.
Hadisə zamanı iki minik avtomobili toqquşub. Nəticədə, Gəncə sakinləri - 1989-cu il təvəllüdlü Əzim Atakişiyev, 2004-cü il təvəllüdlü Natiq Əsgərov və Samux rayon sakini, 2001-ci il təvəllüdlü Vüqar Axundzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisə ilə bağlı araşdırma davam edir.