Bakıda binada yanğın oldu
Hadisə
239
11:15, Bu gün

Bakıda binada yanğın oldu

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində ümumi sahəsi 110 m² olan 3 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.
 
Fövqəladə Hallar Nazirliyindən Moderator.az-a verilən xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3-ü uşaq olmaqla 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
 
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər