Arvadı ilə dalaşdı, qayınatasını yumruqla vurub öldürdü
Hadisə
536
13:27, Bu gün

Arvadı ilə dalaşdı, qayınatasını yumruqla vurub öldürdü

Xaçmazda qətl hadisəsi olub.

Moderator.az lent.az-a istiandən xəbər verir ki, hadisə rayonun Xudat şəhərində qeydə alınıb.

Orxan Hacıbalayev qayınatası İlham Hüseynovun sinəsinə yumruqla zərbə vurub. Nəticədə İlham Hüseynov ölüb.

Məlumata görə, öz evində öldürülən mərhum bir müddət əvvəl açıq ürək əməliyyatı keçirib.

Qeyd olunub ki, Orxan Hacıbalayev qayınatasının evində öz arvadı ilə dalaşıb. Bu zaman naməlum səbəbdən qayınatasına da yumruqla zərbə vurub.

Qətli törədən kürəkən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb.

Link kopyalandı!
Son xəbərlər