İmişlidə toyda zəhərlənənlərin sayı 74-ə çatıb
Hadisə
190
19:55, Bu gün

İmişlidə toyda zəhərlənənlərin sayı 74-ə çatıb

Sentyabrın 24-ü saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 74 nəfər (8-i uşaq olmaqla 35-i kişi, 4-ü uşaq olmaqla 39-u qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Moderator.az APA-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.

Vəziyyəti ağır qiymətləndirilən 5 nəfər (2-si kişi, 3-ü qadın cinsli) Kliniki Tibbi Mərkəzə təxliyyə edilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 56 nəfər (26-sı qadın, 30-u kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb. 4 nəfər isə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.

Vəziyyətləri stabil qiymətləndirilən digər 9 nəfərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.

Qeyd edək ki, hadisə İmişli rayonun Muradxanlı kəndində təşkil olunan kiçik toy mərasimi zamanı baş verib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər