Piyadanı vuran sürücü hadisə yerindən qaçdı
Hadisə
319
11:19, Bu gün

Piyadanı vuran sürücü hadisə yerindən qaçdı

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə saat 00:30-da, 1999-cu il təvəllüdlü Coşqun Vüqar oğlu Məmmədov idarə etdiyi “Volksvagen Passat” markalı avtomobillə hərəkətdə olarkən qeydə alınıb.
 
Belə ki, o, həmin vaxt yolu keçən 1997-ci il təvəllüdlü Hasil Ehtibar oğlu Əsgərovu vurub. Piyada yerləşdirildiyi xəstəxanada vəfat edib. Sürücü isə avtomobillə hadisə yerindən qaçıb.
 
Faktla bağlı Şəki ŞRPŞ-də Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanıb.
 
Polisin keçirdiyi tədbirlərlə C.Məmmədov saxlanılıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər