Bizi sosial şəbəkələrdən izləyin:
Zaqatalada qəza baş verib.
Moderator.az xəbər verir ki, hadisə Zaqatala şəhəri ərazisində baş verib.
Belə ki, hərəkətdə olan "Opel" və "VAZ-21015" markalı minik avtomobilləri toqquşub. İlkin məlumata görə, "VAZ"ın sürücüsü, Zaqatala rayonu Muğanlı kənd sakini 1991-ci il təvəllüdlü Pərvin İbrahimov və sərnişin, 1976-cı il təvəllüdlü Kazım İbrahimov xəsarət alıblar.
Onlar xəstəxanaya yerləşdiriliblər.