Məhkəmə Əziz Orucovla bağlı qərar verib
Hadisə
346
16:20, Bu gün

Məhkəmə Əziz Orucovla bağlı qərar verib

“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə edilən müraciətə baxılıb.

Moderator.az APA-ya istinadən xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib. Məhkəmə müraciəti təmin etməyib.

Qeyd edək ki, Əziz Orucov Səbail Rayon Məhkəməsinin hökmünə əsasən, 2 il müddətinə azadlıqdan məhrum edilib. Həbs müddəti noyabrda başa çatacaq.

Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə ittiham irəli sürülüb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər