Lənkəranda avtobusun vurduğu velosipedçi xəstəxanada ölüb
Hadisə
288
14:33, Bu gün

Lənkəranda avtobusun vurduğu velosipedçi xəstəxanada ölüb

Lənkəran şəhərində avtobusla vurulan velosipedçi xəstəxanada ölüb.

Hadisə səhər saatlarında baş verib.

1997-ci il təvəllüdlü Kamal Cavadzadənin idarə etdiyi sərnişin avtobusu velosipedlə hərəkətdə olan, rayonun Şilim kənd sakini, 1969-cu il təvəllüdlü İsa Umud oğlu Babayevi vurub.

Velosipedçi ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada vəfat edib.

 

(Oxu.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər