Klub prezidenti özünü öldürdü
Hadisə
197
13:04, Bu gün

Klub prezidenti özünü öldürdü

Türkiyədə futbol klubunun keçmiş prezidenti səhvən özünə atəş açaraq, ölüb.

Hadisə Kocaeliyinin Kartepe qəsəbəsində baş verib.

Tanınmış iş adamı və “Sapancaspor” futbol klubunun keçmiş rəhbəri Fateh Balkaya başından vurulmuş halda tapılıb. O, ağır vəziyyətdə aparıldığı xəstəxanada bütün tədbirlərə baxmayaraq, ölüb.

İddialara görə, mərhum dostunun evində boş zənn etdiyi tapançanı götürərək, başına atəş açıb. Lakin tərslikdən silahın içərisində güllə olub və nəticədə atəş açılıb.

 

(Lent.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər