AQTA: İmişli rayonunda baş vermiş hadisə ilə bağlı araşdırmalar başlayıb
Hadisə
213
18:40, Bu gün

AQTA: İmişli rayonunda baş vermiş hadisə ilə bağlı araşdırmalar başlayıb

İmişli rayonunda baş vermiş hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.

Moderator.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, ilkin araşdırma zamanı məlum olub ki, hadisə rayonun Muradxanlı kəndində təşkil olunan kiçik toy mərasimi zamanı baş verib. Agentliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərək müvafiq müayinələr aparılır. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Nəticə ilə bağlı əlavə məlumat veriləcək.

Agentlik bir daha ev şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini diqqətə çatdırır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər