Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Nazirlikdən Moderator.az-a verilən məlumata əsasən hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Nəsimi rayonu, Rəşid Behbudov küçəsində baş verən yanğın hadisəsi səbəbindən Abbasqulu ağa Bakıxanov küçəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Hazırda yol polisi əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülüb.
Məhdudiyyət aradan qaldırılıb.
08:49
Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli binada baş verən yanğının söndürülməsi işləri davam etdirilir.
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Xəbər verildiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində FHN əməkdaşları tərəfindən bina sakinlərinin təxliyəsi aparılıb.
Əlavə məlumat veriləcək.
08:22
Nazirlikdən Moderator.az-a bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunublar.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Təhlükəsizlik tədbirləri çərçivəsində FHN əməkdaşları tərəfindən bina sakinlərinin təxliyəsi aparılıb.
Əlavə məlumat veriləcək.