20:24
18°C
Bakı
Ağdamda mina hadisəsi baş verib.
Moderator.az APA-a istinadən xəbər verir ki, hadisə nəticəsində ehtiyatda olan gizir Səyyaf Əhmədov həyatın itirib.
Mina hadisəsinin rayonunun Şıxlar kəndi ərazisində baş verdiyi bildirilir.
Hazırda aidiyyəti qurumlar hadisə yerinə cəlb olunaraq onun nəşinin ərazidən çıxarılmasına çalışırlar.
Qeyd edək ki, Səyyaf Əhmədov "Gizir Xanı" ləqəbi ilə tanınıb.