İsmayıllıda maşın aşıb, ölən var
Hadisə
185
18:50, Bu gün

İsmayıllıda maşın aşıb, ölən var

İsmayıllıda avtomobil idarəetmədən çıxaraq aşıb, sürücü ölüb.

Moderator.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Kürdeldarbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Gideyli kəndi istiqamətində hərəkətdə olan "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 35 yaşlı kənd sakini Seymur Məmmədli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan isə bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər