17:42
22°C
Bakı
Qubada bıçaqlanma hadisəsi olub.
Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Qubanın Xucbala kəndində qeydə alınıb.
Belə ki, əslən Laçın rayonundan olan Şamama Salam qızı Kərimova kəsilmiş-deşilmiş xəsarətlər ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
İlkin məlumata əsasən, qadını qardaşı M.Məhərrəmov bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.