Hadisə
265
09:23, Bu gün

"Azərsilah"ın əməkdaşı istehsalat qəzasında xəsarət alıb

Dünən səhər saatlarında Nazirliyin tabeliyində olan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat prosesi zamanı baş vermiş qəza nəticəsində bir əməkdaş yüngül xəsarət alıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyinin açıqlamasında deyilir.
 
Hadisə yerində təhlükəsizlik qaydalarına uyğun ilkin tibbi yardım göstərilərək əməkdaş dərhal xəstəxanaya çatdırılıb və peşəkar tibbi xidmət alıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər