Maşın beton arakəsməyə çırpıldı - Sürücü öldü
Hadisə
449
22 Sep 2025 | 21:55

Maşın beton arakəsməyə çırpıldı - Sürücü öldü

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az Report-a istinadən xəbər verir ki, qəza Xızı rayonunun Sitalçay kəndi ərazisində qeydə alınıb.

Belə ki, idarə etdiyi avtomobilin sükanına nəzarəti itirən 26 yaşlı Cəmil Hacıəliyev maşını yoldan çıxarıb və beton arakəsməyə çırpıb.

Sürücü ağır xəsarətlərlə xəstəxanaya aparılsa da, həyatını itirib. Onun meyiti müvafiq ekspertizaya təqdim edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər