Bizi sosial şəbəkələrdən izləyin:
Astaranın Niləşə kəndində intensiv yağıntılar nəticəsində torpaq sürüşməsi baş verib.
Moderator.az, hadisə nəticəsində sakinlərin fərdi təsərrüfatına ciddi ziyan dəyib.
Məlumata görə, sürüşmə zamanı 50-yə yaxın sitrus ağacı, eyni zamanda ev quşları torpaq laylarının altında qalıb. Hadisə zamanı torpaq layları təsərrüfat sahələrinə doğru hərəkət edib.
Kənd sakini Günyə Urşanova bildirib ki, axşam saatlarında evdə olduğu zaman torpaq laylarının hərəkətinin səsi eşidilib: “Baxanda gördüm ki, palçıq artıq evin içindədir. Əşyaları daşıdım o biri evə, sürüşmə olan otaq xaraba gündədir. Xeyli ağac məhv oldu, toyuq-cücəm palçığın altında qaldı".
Digər kənd sakini Sərxan Fətəliyev isə deyib edib ki, sürüşmə 3 gün davam edən yağışların nəticəsində baş verib: “Əgər qarşıdakı günlərdə yağış yenidən başlasa, vəziyyət daha təhlükəli ola bilər.”
Hazırda sürüşmə zonasında torpağın alt qatından sızan suyun axını müşahidə olunur ki, bu da təhlükənin miqyasının genişlənməsi ehtimalını artırır.
Faktla bağlı aidiyyəti qurumlar məlumatlandırılıb və əraziyə baxış keçirilib.