Oğuzda piyadanı avtomobil vurub öldürdü
Hadisə
226
21 Sep 2025 | 21:56

Oğuzda piyadanı avtomobil vurub öldürdü

Oğuzda piyadanın ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hələ ki, şəxsiyyəti dəqiqləşdirilməyən piyadanı avtomobil vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər