Biləsuvarda maşın maneəyə çırpıldı, ölən var
Hadisə
263
14:11, Bu gün

Biləsuvarda maşın maneəyə çırpıldı, ölən var

Biləsuvar rayonunda sükan arxasında ölən sürücünün avtomobili maneəyə çırpılıb.

Hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb. 

Kənd sakini, 53 yaşlı Mirzə Mirzəyev idarə etdiyi  minik avtomobili ilə hərəkətdə olarkən qəfildən halı pisləşib. Nəticədə nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. 

 

Hadisə yerində həyatını itirən sürücünün, ilkin ehtimallara görə ürək tutmasından vəfat etdiyi bildirilir. 

Meyit aidiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.

(APA)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər