23:46
18°C
Bakı
Tovuzda evdə kişi meyiti aşkarlanıb.
Moderator.az-ın məlumatına görə, hadisə rayonun mərkəzində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Məlumata görə, ölən şəxs tək yaşayırmış.
Faktla bağlı araşdırma aparılır.