Bakıda qənd sexinin döşəməsi çökdü, ölən var
Hadisə
361
09:58, Bu gün

Bakıda qənd sexinin döşəməsi çökdü, ölən var

Bakıda qənd istehsal olunan sexdə faciəli hadisə yaşanıb. 

Moderator.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.  

Binəqədi qəsəbəsinin ərazisində yerləşən qənd sexində taxta döşəmə çöküb.

Nəticədə orada xadimə işləyən, Bakı şəhər sakini 62 yaşlı Güllü Hüseyn qızı Qədimalıyeva yıxılaraq ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər