20:53
20°C
Bakı
Gəncədə sərnişin daşıyan mikroavtobus minik avtomobili ilə toqquşub.
Moderator.az xəbər verir ki, hadisə zamanı 1961-ci il təvəllüdlü Rəna Zeynalova, Vətən Müharibəsi qazisi 1992-ci il təvəllüdlü Taleh Ələkbərov və 1987-ci il təvəllüdlü Səxavət Mikail-Zadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Vəziyyətləri kafidir.
Faktla bağlı araşdırma başlanalıb.