Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT - VİDEO
Hadisə
244
18:00, Bu gün

Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT - VİDEO

Şuşada külli miqdarda silah-sursat aşkarlanıb.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin və Minatəmizləmə Agentliyinin birgə məlumatında deyilir.

Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi ilə birgə Azərbaycan Respublikasının Qarabağ ərazisində qanunsuz odlu silah və partlayıcı maddələrin saxlanıldığı gizli saxlanc yerlərinin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində xeyli sayda silah-sursat aşkar edilərək götürülmüşdür.

Göstərilən istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.        

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər