Xankəndidə polisə silahlı müqavimət göstərən erməni əsilli sakin saxlanıldı
Hadisə
248
17:00, Bu gün

Xankəndidə polisə silahlı müqavimət göstərən erməni əsilli sakin saxlanıldı

Bu gün Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyindən xəbər verilib.
 
Qeyd edilib ki, bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib.
 
Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub.
 
Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb.
 
Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər