Bizi sosial şəbəkələrdən izləyin:
Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Moderator.az xəbər verir ki, hadisə zamanı 2006-cı il təvəllüdlü Sadiq Ələkbərov, 2008-ci il təvəllüdlü Nərmin Həsənova, həmçinin Gülxar Həsənova və 1981-ci il təvəllüdlü Bəxtimə Həsənova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Onlara həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.