Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın olub - VİDEO
Hadisə
337
18:49, Bu gün

Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-nin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının iyirmibirmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.

FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 110 kv.m olan üçotaqlı mənzilin zalı 20 kv.m sahədə yanıb.

Digər otaqlar və qonşu mənzillər yanğından mühafizə edilib.

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər