Elnur Şükürov azadlığa çıxdı
Hadisə
506
09:50, Bu gün

Elnur Şükürov azadlığa çıxdı

"Səda TV" "YouTube" kanalının aparıcısı, jurnalist Elnur Şükürov azadlığa buraxılıb.

Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, üçillik həbs cəzası bu gün başa çatan E.Şükürov saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Qeyd edək ki, Elnur Şükürov 2022-ci il sentyabrın 12-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Şükürov dörd il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlasa da, Ali Məhkəmə cəzanı üç ilə endirmişdi.

Elnur Şükürova Cinayət Məcəlləsinin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülmüşdü.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər