Bizi sosial şəbəkələrdən izləyin:
Kiyevdə 38 yaşlı qadın və onun 14 yaşlı qızının vəhşicəsinə öldürülməsi faktı araşdırılır.
Onların meyitləri paytaxtın Şevçenkovski rayonunda kirayədə qaldıqları mənzildə tapılıb. Ölümün səbəbi boğulma olub.
Onlarla əlaqəsi kəsən nənə mərhumu axtarmağa başlayıb. İstintaq müəyyən edib ki, həmin mənzildə qadının birgə yaşadığı 38 yaşlı Azərbaycan vətəndaşı da olub. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, sentyabrın 10-da həmin şəxs həmin mənzilin pəncərəsindən özünü ataraq intihar edib. /Lent.az/