Təyyarədə sərnişinlərin yük yerlərindən oğurluq etməkdə şübhəli bilinən əcnəbilər saxlanılıb
Hadisə
484
13:07, Bu gün

Təyyarədə sərnişinlərin yük yerlərindən oğurluq etməkdə şübhəli bilinən əcnəbilər saxlanılıb

Hava nəqliyyatından istifadə edərkən təyyarənin göyərtəsində olan sərnişinlərin əl yüklərindən oğurluq əməlləri etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. 

Bildirilib ki, DİN-in Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əcnəbi vətəndaşlar - 45 yaşlı Van Hong və 43 yaşlı Zhou Longgen saxlanılıblar. 

Araşdırmalarla məlum olub ki, şübhəli şəxslər təyyarədə olan sərnişinlərin ani diqqətsizliyindən istifadə edərək onların pul və digər qiymətli əşyalarını gizli yolla talayıblar. Saxlanılan şəxslər çantalarda olan pulları əldə edəndən sonra şübhə oyatmamaq üçün onların yerinə qat-qat aşağı nominallı və müxtəlif ölkələrə məxsus pul vəsaitləri yerləşdiriblər ki, uçuş zamanı sərnişinlər bilməsinlər. 

Onların üzərindən iş üçün mühüm əhəmiyyət kəsb edən maddi və elektron sübutlar aşkarlanaq istintaqa təhvil verilib. 

Fakta görə başlayan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər