Jurnalist Bərdədə həkim səhlənkarlığından narazılıq edir
Hadisə
191
11:20, Bu gün

Jurnalist Bərdədə həkim səhlənkarlığından narazılıq edir

Xəzər Televiziyasının Qarabağ üzrə bölgə müxbiri Şamxal Cəlil oğlu Adıgözəlov Bərdə Rayon Mərkəzi Xəstəxanasında tibbi səhlənkarlıqla qarşılaşdıqlarını bildirərək məsələni ictimailəşdirib.

Moderator.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında etdiyi paylaşımda qeyd edib ki, bir neçə gün əvvəl Bakı şəhərində ağır cərrahi əməliyyat keçirən bacısı Şamilə Adıgözəlovanın əməliyyat yerindəki sarğının dəyişdirilməsi üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasının Diaqnostika və Təcili Tibbi Yardım şöbəsinə müraciət olunub. Lakin onun iddiasına görə, növbətçi cərrah Eldar həkim və digər tibb işçiləri tərəfindən xəstəyə heç bir tibbi yardım göstərilməyib.

Ş. Adıgözəlovun sözlərinə görə, bir neçə saat ərzində tibbi yardım ala bilməyən xəstənin səhhəti daha da ağırlaşıb. Ailənin dəfələrlə yardım tələbi ilə etdiyi müraciətlərə baxmayaraq, tibbi müdaxilə göstərilməyib. Nəticədə, xəstənin anası vəziyyətə müdaxilə edərək sarğını özünün dəyişdirdiyini bildirib.

Jurnalist bildirib ki, hadisə ilə bağlı artıq aidiyyəti dövlət qurumlarına rəsmi müraciət edib və məsələyə hüquqi qiymət verilməsini gözləyir.

Hazırda baş verənlər ictimai müzakirəyə səbəb olub. Bərdə Rayon Mərkəzi Xəstəxanası, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən məsələyə dair hələlik rəsmi açıqlama verilməyib.

İctimaiyyət və media nümayəndələri məsələ ilə bağlı təcili araşdırmanın aparılmasını və oxşar halların qarşısını almaq üçün konkret tədbirlərin görülməsini tələb edirlər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər