Hacıqabulda narkokuryerlik edən şəxs saxlanılıb
Hadisə
278
09:20, Bu gün

Hacıqabulda narkokuryerlik edən şəxs saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Sumqayıt şəhər sakini Əhməd Qarayev saxlanılıb.

DİN-nin Mətbuat xidmətinin Şirvan regional qrupundan Moderator.az-a verilən məlumata görə, ondan 1 kiloqram heroin və marixuana aşkarlanıb. Ə.Qarayev sosial şəbəkələrdə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşına pul müqabilində narkokuryerlik etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan təbiri seçilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər