Tovuzda yol qəzası baş verdi - İki avtomobil körpüdən aşdı - FOTO
Hadisə
654
10 Sep 2025 | 21:12

Tovuzda yol qəzası baş verdi - İki avtomobil körpüdən aşdı - FOTO

Tovuzda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Moderator.az xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndi ərazisində qeydə alınıb.

"Prius" marakl maşın "Opel" markalı avtomobillə toqquşub. Nəticədə 1989-cu il təvəllüdlü Zaur Mehdiyev və 2002 ci il təvəllüdlü Ağası Məmmədov  xəsarət alıblar.

Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-ağırdır. Xəsarət alanlar taksi fəaliyyəti ilə məşğuldurlar. 

Faktla bağlı araşdırma başlanılıb.

Link kopyalandı!
Son xəbərlər