Zərdabda 22 yaşlı qızı oğurlayan şəxs həbs edilib
Hadisə
345
18:27, Bu gün

Zərdabda 22 yaşlı qızı oğurlayan şəxs həbs edilib

Sentyabrın 9-da Zərdab rayonunun kəndlərindən birində 22 yaşlı xanımın iradəsi əleyhinə evlənmək məqsədilə oğurlanması hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Moderator.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən cinayəti törədən şəxs - 1998-ci il təvəllüdlü İzzət Rəhmanoğlu saxlanılıb.

Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanıb. Adam oğurluğunda şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Qeyd edək ki, oğurlanan şəxsin yeri müəyyən edilərək ailəsinə qaytarılması təmin olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər