Bizi sosial şəbəkələrdən izləyin:
Sabirabad rayonunda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, daxil olmuş məlumatla əlaqədar şöbə əməkdaşları tərəfindən dərhal qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirilib.
Hər iki tərəfin valideyləri polis şöbəsinə dəvət olunublar. Araşdırmalarla bəyin 20, qızın isə 14 yaşı olması müəyyən edilib. Ailələr ilə izahedici söhbətlər aparılıb və qeyd edilən halın qanunla qadağan olduğu izah edilib. Lakin, həmin vaxt yeniyetmə qızın valideyni H.Fərzəliyev, eləcə də bəy E.Məmmədli səs-küy salaraq, polisinin xidməti fəaliyyətinə mane olublar. Onları nizam-intizama dəvət etsələr də həmin şəxslər hərəkətlərini davam etdirərək, ictimai qaydanı pozublar. H.Fərzəliyev və E.Məmmədli barədə İXM-nin müvafiq maddəsi ilə protokol tərtib olunub və məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə onlar 8 sutka inzibati qaydada həbs olunublar.
10:29
Sabirabad rayonunda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb.
Moderator.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə rayonun Əsədli kəndində qeydə alınıb.
Bu barədə polisə məlumat daxil olduqdan sonra nişanlanan yeniyetmə ilə gəncin atası Sabirabad Rayon Polis Şöbəsinə dəvət edilib. Burada məlumatlar dəqiqləşdirilərkən 14 yaşlı qızın 1987-ci il təvəllüdlü atası S.Fərzalıyev qışqıraraq söyüş söyməyə, qızı ilə nişanlanan oğlanın atasını təhqir etməyə başlayıb.
O, qızını nişanlamaq fikrinin olmadığını, qarşı tərəfin təkidi ilə “Həri” məclisinin olduğunu deyib.
İctimai asayişi pozan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Sabirabad Rayon Məhkəməsinin qərarı ilə S.Fərzalıyev 8 sutkalıq həbs edilib.