04:01
24°C
Bakı
Lerikdə təndirdə çörək bişirmək istəyən qadın yanıq xəsarətləri alıb.
Moderator.az xəbər verir ki, hadisə rayonunun Dəvrədibi kəndində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Günel Süleyman qızı Əşrəfova təndir qalamaq üçün benzindən istifadə edib. Bu zaman alov qəfil yayılaraq onun baş və bədən nahiyəsini bürüyüb.
Ətrafdakıların köməyi ilə xəsarət alan qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Həkimlər ona travmatik şok, gövdənin, yuxarı ətrafların, baş və boyun nahiyələrinin ikinci dərəcəli termiki yanığı diaqnozu qoyublar.
İlkin tibbi müdaxilədən sonra, vəziyyətinin ağırlığı nəzərə alınaraq G.Əşrəfova reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir. (Teleqraf)