Bakıda mənzildən oğurluq edən 40 yaşlı qadın həbs edildi
Hadisə
589
12:34, Bu gün

Bakıda mənzildən oğurluq edən 40 yaşlı qadın həbs edildi

Paytaxtın Nərimanov rayonunda yerləşən evlərin birindən oğurluq edilib.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Zərərçəkən şəxs yaşadığı mənzildən 9500 manatın naməlum şəraitdə talanması barədə polisə məlumat verib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı G.Xəziyeva müəyyən olunaraq saxlanılıb.
 
Daha bir oğurluq hadisəsi isə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən qazanxanaların birindən 500 manat dəyərində əlvan metal qurğuları oğurlamaqda şübhəli bilinən 29 yaşlı R.Nəsibli, 25 yaşlı İ.Əhmədov, həmyaşıdı Y.Ağayev və 20 yaşlı A.Əliyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.
 
Faktlarla bağlı araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər