Ağsuda ağır qəza baş verdi - Ölən və yaralanan var
Hadisə
328
11:14, Bu gün

Ağsuda ağır qəza baş verdi - Ölən və yaralanan var

Ağsuda yol nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə Ağsu-Bico avtomobil yolunun Ərəbuşağı kəndidən keçən hissəsində qeydə alınıb.
 
Məlumata görə, 1992-ci il təvəllüdlü Sadıqov Bəhlul İsa oğlunun idarə etdiyi “VAZ-21061” markalı avtomobillə 1986-cı il təvəllüdlü Cəbrayılov Amil Famil oğlunun idarə etdiyi “HOWO” markalı yük avtomobili toqquşub.
 
Nəticədə “VAZ-21061” markalı avtomobildə olan sərnişin 1965-ci il təvəllüdlü Sadıqov Mirələm aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb, həmin avtomobilin sürücüsü Sadıqov Bəhlul İsa oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı Ağsu Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Link kopyalandı!
Son xəbərlər